Ofis rənglərinə Diqqət!-FOTO

17 Fevral 2015 12:40 (UTC+04:00)

İşlədiyimiz yerlərdə evlərimizdə keçirdiyimizdən daha çox vaxt keçiririk. Bu səbəblə ofis rənglərinin psixologiyamız üzərindəki təsirini göz ardı edə bilmərik. Ofisdə hansı rəngləri necə istifadə edə biləcəyinizə nəzər salaq.

Movqe.az ofislərinizdə edə biləcəyiniz rəng seçimlərini ərtaflı məlumatlarla təqdim edir.

Qırmızı


















Xüsusilə qida firmaları tərəfindən seçilən qırmızı, təzyiqi yüksəldir, qan axışını sürətləndirir və iştahı açır. Ciddi və təşkilati ofislərdə elə də seçim nümunəsi olmayan qırmızı, dizayn ofisləri üçün ideal bir rəngdir. Göz yorğunluğuna səbəb olan qırmızını yalnız bir divarda ya da aksesuarlarda istifadə etmək məsləhətdir. "Filli Boya Color Express" palitrasından B-120 və B-135 rəngləri tək divarınızda istifadə edə biləcəyiniz qırmızı tonları arasındadır.


Qəhvəyi





















Bir torpaq tonu olan qəhvəyi səmimi bir mühit yaradır. Bu səbəblə iclas otaqlarında qəhvəyi seçimi edilməz. Iş sahələri ya da gözləmə salonunda bu rəngi istifadə etmək daha məsləhətlidir. Filli Boya interyer palitrasında Maya və ya Pəri bacası rənglərini bu sahələrdə istifadə edə bilərsiniz. Qəhvəyinin hər tonunu bozla kombinləyərək ofisinizin daha müasir görünməsini təmin edə bilərsiniz.



Yaşıl

















Yaşıl güvən verici xüsusiyyətiylə bilinir. Rəsmi təşkilatlarda seçilən yaşıl doğru tonlarda istifadə edilmədikdə ofisinizi bir dövlət dairəsinə çevirə bilər. Rahat və sakitləşdirici xüsusiyyəti olduğu üçün yaşılı gözləmə salonunda istifadə edə bilərsiniz. "Filli Boya Color Express" palitrasından H-348 və S-833 rəngləriylə ofisinizi olduğundan daha lüks göstərməniz də mümkündür.



Qara

















Qara, diqqəti toplamaq üçün vacib olan bir rəngdir. Güc, əzm və ehtirası xatırladan qara, ofislərin imtina edə bilməyəcəyi rənglər arasındadır. Ofisin hamısında qara istifadə etmək isə ciddi bir səhv ola bilər, çünki işığı özünə çəkdiyi üçün ofisinizi olduğundan qaranlıq göstərər. Bir divarı və ya divarların yarısını qaraya boyamaq daha ağıllı bir iş olar. Hər rənglə kombinləyə biləcəyiniz qara rəngi parlaq tonlardakı aksesuarlarla hərəkətləndirə bilərsiniz.



Mavi





















 Təzyiqi aşağı saldığına inanılan mavi, dinc, rahat bir ofisin açarı ola bilər. Eyni zamanda mavi nüfuz və məhsuldarlığı işarə edər. Bu səbəblə idarəçi otaqları maviyə boyana bilər. Mavinin tonlarını diqqətli seçməyi təklif edirik, çünki ofisi bir xəstəxanaya çevirmək istəməyəcəyinizi düşünürük. "Filli Boya Color Express" palitrasından U-876 və U-896 rənglərini ofislərdə istifadə edə bilərsiniz.



















Saflığın simvolu ağ, ofislərdə istifadə edilən ən məşhur rəngdir. Ağ dəyişməyə ən tez adaptasiya ola bilən rəngdir. Ağ, təmiz və etibarlı bir imic üçün seçim edilə biləcək mükəmməl rəng hesab edilir. Eyni zamanda ağ işığı əks etdirdiyi üçün işçiləri motivasiya edər. Divarları ağ olan bir ofisi rəngli aksesuarlarla canlandırmaq isə sizin seçiminizə və rəng palitranızın zənginliyinə baxır.