Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirildi
17 Fevral 2015 18:31 (UTC+04:00)
Fevralın 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə
keçirilib. Movqe.az xəbər verir ki,
müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri,
rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra
strukturlarının rəhbərləri iştirak edibər.Tədbirdə rayonda müxtəlif
yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə
baxılmasının mövcud vəziyyəti barədə danışıldı, "Azərbaycan"
qəzetində dərc edilmiş "Ölkə Prezidentinin vətəndaş müraciətlərinə
baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və
tələbkarlıq" məqaləsi ətrafında müzakirələr aparıldı.
Müşavirəni Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov açdı.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Elnur İmanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barəsində
məruzə ilə, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov
vətəndaş müraciətlərinə baxılması haqqında məlumatla çıxış
etdilər.
Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin
başçısı Xaləddin İsgəndərov vətəndaşların müraciətinə baxılması
işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik,
qayğıkeşlik olduğunu vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı
bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn
məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun
başlıca vəzifəsidir.



