"Məncə, 50 milyon avrodan baha oyunçuyam"

17 Fevral 2015 22:00 (UTC+04:00)

PSG-nin braziliyalı müdafiıəçisi David Luiz Çempionlar Liqasının 1/8 final mərhələsində "Chelsea"yə qarşı keçiriləcək oyundan öncə açıqlama verib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Luiz transferi qiymətinin daha yüksək olduğuna inamını ifadə edib.


"Məncə, 50 milyon avrodan baha oyunçuyam. Buna ümid edirəm. Müasir futbol həm də biznesdir. Hərdən bu məsələlərlə üzləşməli olursan. Pul haqqında danışmaq istəmirəm. Hər oyunda ən yaxşı oyunumu göstərib işimi layiqincə yerinə yetirməliyəm".