Ter Petrosyan Sərkisyanı təkbətək görüşə çağırdı

17 Fevral 2015 23:00 (UTC+04:00)

Ermənistan Milli Konqresinin lideri və ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan Serj Sərkisyanı təkbətək görüşə çağırıb.

Movqe.az Ermənistan mətbuatına istinadən xəbər verir ki. Petrosyanın bununla bağlı "Çorrord İşaxnutyun" qəzetində geniş məqalə dərc edilib. Petrosyan opponentini "erməni soyqırımının 100 illiyi ilə bağlı qəbul edilən "Ümumerməni bəyannaməsi"nin qəbuluna görə sərt tənqid edib və onu buna görə təkbətək görüşə çağırıb.

"Ümumerməni bəyannaməsi" beynəlxalq hüququn normalarına uyğun qaydada redaktə olunmalıdır.

Çünki bu utanc dolu bəyannamə bizə beynəlxalq birliyin rəğbətini deyil, həmin rəğbətin itirilməsinə səbəb olacaq. Buna görə də müəyyən etdiyiniz vaxtda və yerdə sizinlə təkbətək görüş keçirmək istəyirəm.

"Ümumerməni bəyannaməsi"nin bütün bəndlərini yenidən gözdən keçirməli və bununla bağlı konstusion şura yaratmalıyıq".

Serj Sərkisyanın görüşə verdiyi reaksiya hələlik məlum deyil.