Uşaqlarla bağlı vahid məlumat bazası yaradılır (VİDEO)

18 Fevral 2015 09:10 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradır. Bu bazada sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində, sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq. Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin müdir müavini Fuad Hüseynov deyir ki, bu layihələ hazırda beynəlxalq ekspertlər və nazirliyin əməkdaşları tərəfində birgə hazırlanır. Nazirliyin planlarına əsasən cari ilin mart ayının ortalarına qədər minimum standartların hazırlanması başa çatdırılacaq. "Əsas məqsəd bu məlumat bazasından istifadə olunmaqla sosial xidmətə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir. Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də kömək edəcək. Risk qrupu altında olan uşaqların sosial məlumat bazası əsasında formalşdırdıqdan sonra artıq biz bu bilgilərimizi nazirlik olaraq QHT-lərə tərəfindən icra edilən layihələrə cəlb edəcəyik. Vahid məlumat bazası həsas uşaqlara təsirinin qiymətləndirməyə bizə imakan yaradacaq" – deyə Fuad Hüseynov bildirib.

Nazirliyin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində gündəlik qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar yaradılıb.

Ümumilikdə 1 500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.