Kef məclisi qanla nəticələndi
18 Fevral 2015 09:15 (UTC+04:00)
Bakının Sabunçu rayonu ərazisində söyüş üstə düşən mübahisə qanla
nəticələnib. Hadisə Ramana qəsəbəsi Südcülük savxozunda qeydə
alınıb. Belə ki, gecə saatlarında 3 saylı Sabunçu xəstəxanasına
müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kəlbəcər rayon sakini 43
yaşlı Müşfiq Nəcəfov gətirilib. Əməliyyata götürülən xəstənin qarın
və əl nahiyələrində bıçaq yaraları aşkar olunub. Hazırda xəstə
reanimasiya şöbəsindədir vəziyyəti orta ağırdır. Yaralı ilə söhbət
zamanı onun dostu tərəfindən vurulduğu məlum olub. Belə ki, tanışı
ilə kafedə yeyib içəndən sonra evə getmək üçün oun avtomobilinə
əyləşiblər bu zaman dostlar arasında mübahisə yaranıb.Cinayəti
törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Yaralı Müşfiq
Nəcəfov vəziyyəti ilə əlaqədar polisə ifadə verə bilmədiyi üçün
hadisənin hələlik kim tərəfindən törədilməsi məlum deyil. Faktı
Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsi araşdırır.
Qeyd edək ki, son vaxtlar Bakıda dostlar arasında yeyib-içmə
məclislərinin bıçaqlanma ilə nəticələnməsi intensiv hal alıb.