Cəbhədə qızğın atışma
18 Fevral 2015 09:45 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Movqe.az-ın məlumatına
görə, Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini
ümumilikdə 34 dəfə pozub.Ermənistan Respublikasının Berd rayonunun
Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun
Yusifcanlı, Kəngərli, Cəvahirli, Sarıcalı, Nəmirli, Füzuli
rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və
Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.