Bu rayonlar qazsız qalacaq
18 Fevral 2015 10:00 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, 18 fevral 2015-ci il
tarixdə saat 1000-dan işlər başa çatanadək Qaradağ və Sabunçu
rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr
yaranacaq.
Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərinin mənbəyə
birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə
əlaqədardır.
Qeyd edək ki, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən
istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində
görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan
məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı
1 milyon 647 min 906-a çatıb.