Türkiyə parlamentindəki davada müxalif deputat xəsarət aldı

18 Fevral 2015 11:12 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası və kürdyönümlü Xalqların Demokratik Partiyasından olan deputatlar arasında dava düşüb.


Bu barədə Movqe.az "Milliyet" qəzetinə istinadən xəbər verir.


Dava parlamentdə ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş islahatlar paketinin müzakirəsi zamanı baş verib.


Əlbəyaxa davada Xalqların Demokratik Partiyasının deputatı Ərtoğrul Kürkçü xəsarət alıb.