İŞİD cəlladı yeni edam videosunu yaydı - VİDEO

18 Fevral 2015 11:27 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının tərkibində vuruşan "cihadçı"lardan olan avstraliyalı Xalid Şərrufun daha bir vəhşi cinayətinə dəlalət edən videosu yayılıb.

 

Movqe.az Milli.Az-a istinadən bildirir ki, əslən Avstraliyanın Kuinslend bölgəsindən olan Xalid Şərruf Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında "casus"luqda suçlanan şəxsin başını kəsib.

 

Onun yanında isə köməkçisi, Avstraliya vətəndaşı Məhəmməd Elomar adlı şəxs durub.

Şərrufla Elomar 2013-cü ildə Avstraliyadan Suriyaya yollanaraq İŞİD-ə qoşulublar. 2014-cü ildə Avstraliyanın Federal Polisi onların həbsinə order verib.

 

2013-cü ilin dekabrında Sidneyi qardaşının pasportu ilə tərk edən Şərruf Suriyaya yollanandan az sonra onun arvadı Tara Netlton və 5 övladı da Rəqqaya gediblər.

 

Şərruf amansız, qəddar terrorçudur. O, edam etdiyi qurbanlarından birinin kəsik başını 7 yaşlı oğluna verərək uşağın fotosunu çəkmiş və sosial şəbəkələrdə yaymışdı.

 

İŞİD İraqın şimalındakı Sincar bölgəsində yezidlərə divan tutanda Xalid Şərruf onlarla yezid qızı zorlayıb, sonra onları kölə kimi satıb.