Albaniya Azərbaycan qazına müştəri çıxıb

18 Fevral 2015 12:05 (UTC+04:00)

Albaniya hökuməti Trans-Adriatik qaz boru kəməri (TAP) ilə nəql ediləcək Azərbaycan qazı ilə ölkənin qazlaşdırılması ilə bağlı qanun layihəsi hazırlayır.


Movqe.az-ın məlumatına görə, bu barədə Albaniyanın "DTT-NET" agentliyi xəbər verir.


TAP layihəsi "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.


Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil" - 20%, "Fluxys" - 19%, "Enagas" - 16% və "EGL-Axpo" - 5%.