Məktəbli gənc "Apple" nin səhvini tapdı!

18 Fevral 2015 13:00 (UTC+04:00)

Mərsinin Ərdəmli bölgəsində orta məktəb şagirdi "Apple"nin səhvini tapdığını irəli sürərək, "Mənim üçün ən yaxşısı "Apple"dir, çünki hər şey pulsuzdur" dedi.


Movqe.az xəbər verir ki, orta məktəb şagirdi Çayan Təməl, səhvi mobil telefonuna ödənişli oyun yükləyərkən tapdığını ifadə edərək, "Ön ödəməli bir kartla ödənişli bir tətbiq almağa çalışdım. Ondan sonra bir tətbiq aldım və kartımdan ödəniş məbləğini çıxmadılar. Ödəniş istər aşağı olsun, istərsə də yüksək heç fərq etmir. 1 manat ilə 210 manat arası olan proqramları heç bir ödəniş etmədən, rahat bir şəkildə yükləyə bilirəm"deyə danışıb.

"Apple"ə zəng edib vəziyyəti izah etdiyini dilə gətirən Təməl, "Əvvəlcə mənə təşəkkür etdilər və xahiş edirik bu cür səhvlərlə qarşılaşdığınızda bizə təkrar bildirin dedilər. Sonra mənə musiqi hədiyyə edəcəklərini bildirib məndən musiqi yükləməmi istədilər, ancaq hesabıma daxil olub musiqi yükləyəcəkdim ki, hesabım bağlandı. "Apple" kimliyimdən də 3-4 saat internetə girə bilmədim "deyə danışıb.

Müsahibə alan müxbirin verdiyi "bu səhvdən istifadə etməyi insanlara öyrədəcəksiniz? sualına isə Təməl, "Əslində öyrətmək istəyirəm. Çünki "Apple"nin mənə haqsızlıq etdiyini düşünürəm. Böyük bir səhvlərini tapdığım halda, mənə yalandan musiqi hədiyyə edəcəklərini dedilər və hesabımı bağladılar .Telefonumla 3-4 saat internetə girə bilmədim. Ən azından hesabıma bir musiqi yükləyə bilərdilər. Heç olmazsa hesabımı bağlamazdılar. Haqsızlıq olduğunu düşünürəm " şəklində danışıb.

Özü üçün "Apple"nin ən yaxşı marka olduğunu deyən orta məktəb şagirdi, "Mənim üçün ən yaxşısı "Apple"dir, çünki hər şey pulsuzdur" deyib.