Bakıda 7 yaşlı qızın başından nəhəng şiş çıxarıldı - VİDEO +18

18 Fevral 2015 13:30 (UTC+04:00)

Dünən Neyrocərrahiyyə xəstəxanasında daha bir unikal əməliyyat keçirilib

Movqe.az-ın məlumatına görə, adıçəkilən xəstəxanada 7 yaşlı qızın başından giqant ölçülü exinokokk kist çıxarılıb. Əməliyyatı həyata keçirən Bəhmən Yadigarov Ailem.az-a bildirib ki, əməliyyat dünən həyata keçirilib: "İndiyə qədər bu cür əməliyyatlar olub. Lakin ilk dəfə idi ki, insan başından bu böyüklükdə kist çıxarılıb".


Həkim onu da qeyd edib ki, əməliyyat pulsuz həyata keçirilib. Əməliyyatın video-görüntüsünü təqdim edirik.