Zakir Həsənov Avstriya səfirini qəbul etdi

18 Fevral 2015 17:05 (UTC+04:00)

Azərbaycanla Avstriya hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.


Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.


Görüşdə Avstriya Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner də iştirak edib.