Hollivud ulduzunun oğlu qəzaya düşdü

18 Fevral 2015 18:05 (UTC+04:00)

Hollivudun məşhur aktyoru Arnold Şvartseneggerin oğlu Patrik yol qəzasına düşüb.Movqe.az xəbər verir ki, bu haqda məlumatı "The Daily Mail" nəşri yayıb.Məlumatda deyilir ki, qəza Patrikin avtomobil yarışında iştirakı zamanı qeydə alınıb.Hadisə ötən həftə ABŞ-ın Los-Anceles şəhərində baş verib. Yarışda başqa bir sürücü Patrikin avtomobilinə su atıb. Patrik isə trasda onu təqib etməyə başlayıb və nəticədə hər iki avtomobil döngədə toqquşub.Xoşbəxtlikdən heç kəs ciddi xəsarət almayıb. Patrik hadisəni araşdırmaq üçün əraziyə polis çağırıb.Qeyd edək ki, Patrik "Tom Ford" eynəklərinin reklamında çəkilib.