Çempionlar Liqası 1/8 final. "Real" və "Porto" səfərdə oynayacaq

18 Fevral 2015 19:30 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq. Mərhələnin maraqla gözlənilən qarşılaşmalarından biri "Auf Schalke" arenasında keçiriləcək. Ötən mövsüm bu arenada Madrid "Real"ına 1:6 uduzan "Schalke" revanş əzmi ilə meydana çıxacaq. Hər iki tərəfdə zədəli oyunçuların olması diqqəti çəkir. "Schalke"də Draksler, Farfan, Kolaşinas, Obasi, "Real"da isə Koentrao, Zames Rodriqez, Xedira, Luka Modric və Serxio Ramosun meydana çıxamayacağı məlum olub. Qarşılaşmanı Martin Atkinsonun rəhbərliyi ilə ingiltərəli hakimlər briqadası idarə edəcək.


Günün digər matçı İsveçrədə baş tutacaq. Qrup mərhələsində "Liverpool"u qabaqlayan "Basel" eyniadlı şəhərin "St.Jakob Park" stadionunda "Porto"nu qəbul edəcək. "Basel"də Şar cəzalı, İvanov isə zədəlidir. "Porto"da isə Adrian Lopezin meydana çıxacağı inandırıcı görünmür. Bu oyun Mark Klattenburqun başçılıq etdiyi ingiltərəli hakimlər briqadasına həvalə olunub. Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də start