Zidanın diskvalifikasiyası üçün məhkəməyə müraciət etdi

18 Fevral 2015 22:32 (UTC+04:00)

"Real Madrid Castilla"nın baş məşqçisi Zinəddin Zidan yenə də diskvalifikasiya oluna bilər.Goal.az"AS" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəsis Herardo Fraile Zidandan məhkəməyə şikayət edib. Fraile fransız məşqçinin lisenziya olmadan çalışmasını növbəti dəfə qabartmağa çalışır. Daha öncə də İspaniya Məşqçilər Asossasiyasının müraciəti əsasında 3 aylıq diskvalifikasiya olunan Zidan ölkənin İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi. Bundan sonra ona tətbiq edilən cəza ləğv olunmuşdu.


"İspaniyada özbaşınalıqdır, hər kəs istədiyini edir. İspaniya Arbitraj Məhkəməsi diskvalifikasiyanı ləğv etdi. İndi hakimlər qərar verəcək. Bu qərarın nə olacağını bilmirəm. Düzü, Zidanın yenidən cəzalanacağına inanmıram. Hər halda, 3 il zəhmətdən sonra lisenziya alan məşqçiləri razı salan bu şikayətimə məhkəmədə baxılacaq" - Fraile qeyd edib.