Bakıda bir ailənin faciəsi: 1 ölü, 5 yaralı
19 Fevral 2015 09:00 (UTC+04:00)
Ötən gecə Bakıda 1 nəfərin ölümü 5-nin isə yaralanması ilə
nəticələnən zəncirvari yol qəzası baş verib.
Movqe.az-ın Apa-ya istinadən məlumatına
görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Sürücü 20 yaşlı
Elsevər Səttarov idarə etdiyi "KİA"
markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə
olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara
yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət
Həşimova məxsus "Honda " markalı avtomaşına çırpılıb. Sükana
sahib ola bilməyən sürücü, maşını qarşısında hərəkətdə olan
"Opel"ə, daha sonra "VAZ 2107"ə çırpıb.
Baş verən qəzada hər iki avtomobilin sürücüsü və "Honda" da
olan sərnişinlər - Aleftina Axundova, Emil
Həşimov, Ömər Həşimov və İradə
Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanası
çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə,
yaralı Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib.
Digər yaralılara yardım göstərilib, vəziyyətləri kafi olaraq
qalır.
Qeyd edək ki, ölən və yaralananlar bir ailənin üzvləri olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi
açılıb, araşdırma aparılır.