Rəsmi Bakı Ermənistan və ABŞ erməni diasporunun yalanlarını ifşa etdi

19 Fevral 2015 10:45 (UTC+04:00)

Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.


Movqe.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


H.Hacıyev deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "hökuməti"nin facebook səhifəsinə verilmiş "verified" statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.