İŞİD təbilləri də "haram" saydı - FOTO

19 Fevral 2015 10:53 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsi dünən "haram" elan etdiyi əşyaları yandırıb.

Həmin əşyalar isə təbillərdən ibarətdi.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Liviyanın Derna şəhərini ələ keçirmiş İŞİD terrorçuları bu şəhərdəki kafe və restoranları "təftiş" edib, musiqi alətlərini yığışdırıb.

Həmin alətlər arasındakı təbillərə dünən od vurulub, yandırılıb.

İŞİD dünən yaydığı bəyanatda bildirib ki, "mömin müsəlmanlar musiqi alətlərinə uymamalı, yalnız cihad barədə düşünməlidirlər".