Gürcüstan NATO-ya qəbul ediləcək?

19 Fevral 2015 13:15 (UTC+04:00)

"Gürcüstanın NATO-ya qəbulu məsələsi gündəmdə deyil"

Movqe.az-ın məlumatına görə, belə bir bəyanatla Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib.


"Həm Brüsseldə, həm Moskvada, həm də Tiflisdə dərk edirlər ki, Gürcüstanın bu gün və sabah NATO-ya qoşulması məsələsi gündəmdə deyil", - deyə o vurğulayıb.


Bununla yanaşı Z. Abaşidze qeyd edib ki, Gürcüstan əməkdaşlıq üçün bu və ya digər təşkilatı seçməkdə azaddır.