Ən xəyanətkar kişilər bu ölkədə yaşayırlar

19 Fevral 2015 14:30 (UTC+04:00)

Danimarkanın "Statista" Statistika Bürosu dünya üzrə qadınların ən çox xəyanətə məruz qaldığı ölkələrin siyasını hazırlayıb.


Movqe.az xəbər verir ki, Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata əsasən, Büronun araşdırması nəticəsində məlum olub ki, Tailandda kişilər xanımlarına daha çox xəyanət edirlər.


Bu ölkədə xəyanətin faiz dərəcəsi 56-ya bərabərdir. Siyahının ikincisi isə 46 faizlə Danimarkadır.


Üçüncü olan Almaniyada kişilərin 45 faizi xəyanət edir.


Araşdırmanın mənbələri kimi tanışlıq saytları, sosial media, araşdırma institutları və s. göstərilir.