11-ci sinif şagirdini oğurladılar

19 Fevral 2015 17:10 (UTC+04:00)

Qubada orta məktəb şagirdini qaçırıblar.


Movqe.az-ın verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub.


Şikayətə əsasən, qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayətdən sonra əməliyyat keçirilib. Əməliyyat zamanı qızın əli-qolu bağlı kənd kənarında yarımtikilidə tapılıb.


Araşdırmalar zamanı məlum olub ki, qızı rayonun Hacıhüseynli kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Şamil oğlu Misirxanov qaçırıb. Müəyyən edilib ki, qız 6 saat əl-qolu bağlı saxlanılıb.


Keçirilən əməlliyyat zamanı həmin şəxs saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.