Avropa Liqasında 1/16 final mərhələsi start götürür

19 Fevral 2015 20:00 (UTC+04:00)

Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start veriləcək. "Qarabağ"ın yer aldığı qrupdan pley-offa yüksələn "Dnepr" öz meydanında "Olympiakos"la qarşılaşacaq. "İnter" isə Şotlandiyada "Celtic"in qonağı olacaq. Maraqla gözlənilən oyunlardan biri "Hüseyin Avni Aker" stadionunda keçiriləcək. "Trabzonspor" İtaliyanın "Napoli" komandası ilə üz-üzə gələcək. Qara dəniz təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Kevin Konstant və Mehmet Ekici cəzalı olduğu üçün matçın iştirak ərizəsinə salınmayıb. Belkalem, Məcid Uoris, Yatabare zədədən əziyyət çəkir. Bosinqvanın meydana çıxması isə sual altındadır. "Napoli"də isə İnsinye, Miçu və Zuniqanın oynamayacağı dəqiqdir. Manuel De Souzanın başçılıq etdiyi portuqaliyalı hakimlər briqadasına həvalə olunan oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Türkiyənin Avroliqadakı digər təmsilçisi "Beşiktaş" isə çətin "Anfield" səfərinə yollanıb. "Qartallar" Çempionlar Liqasının 2007/08 mövsümündə 0:8 uduzduqları "Liverpool"la qarşılaşacaq. Meydan sahiblərindən Lazar Markoviç diskvalifikasiya olunduğu üçün meydana çıxmayacaq. Sterlinq və Cerrardın adı isə start heyətinə salınmayıb. "Beşiktaş"da isə Cenk Tosun, İsmail Köybaşı, yeni transfer Miloşeviç və qapıçı Tolqa Zengin oynamayacaq. Qarşılaşma Şimon Marçinyakın rəhbərlik etdiyi Polşadan olan hakimlər briqadasına tapşırılıb. Bakı vaxtı ilə saat 00:05-də start götürəcək matça bütün biletlər satılıb.


ÜmumilikdəAvropa Liqasının 1/16 final mərhələsindəaşağıdakı oyunlar baş tutacaq:


Aalborg - Club Brugge

Dnepr - Olympiakos

PSV Eindhoven - Zenit

Roma - Feyenoord

Torino - Athletic Bilbao

Trabzonspor - Napoli

Wolfsburg - Sporting

Young Boys - Everton

Ajax - Legia

Anderlecht - Dinamo Moscow

Celtic - Inter

Guingamp - Dynamo Kiyev

Liverpool - Beşiktas

Sevilla - Borussia Moenchengladbach

Tottenham Hotspur - Fiorentina

Villarreal - Salzburg