Bakı-Moskva sərnişin təyyarəsi məcburi eniş edib

4 Avqust 2012 19:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakı aeroportundan qalxan təyyarə bir qədər sonra geri qayıdıb. 

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Moskva (Domodedovo) marşrutu üzrə istiqamət alan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib. Bu barədə Trend-ə şənbə günü Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, təyyarə Bakıdan yerli vaxtla saat 12:55-də uçub, lakin sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən paytaxta qayıdıb.

Aeroportdan deyiblər ki, təyyarə yaxın vaxtlarda Moskvaya uçmalıdı.

Türkan Nadirqızı

Movqe.Az