Moskva şəhərində məktəblilər arasında keçirilən Azərbyacan dili və mədəniyyəti üzrə olimpiadanın qalibləri mükafatlandırılıb

20 Fevral 2015 13:04 (UTC+04:00)

Moskvada məktəblilər arasında keçirilən Azərbyacan dili və mədəniyyəti üzrə olimpiadanın qalibləri mükafatlandırılıb. Qaliblərə Ümumrusiya Azərbaycan Konqresi adından mükafatlar təqdim olunub

Rusiya paytaxtında Azərbaycan dili və mədəniyyəti üzrə məktəblilər arasında keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb.

"Mövqe" VAKinfoya istinadən verdiyi məlumata görə, 2014-cü ilin 22 noyabr tarixində Moskva Dövlət Linqvistika Universitetində keçirilən olimpiada Moskva Təhsil Departamentinin təşəbbüsü və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi təşkil olunub.

Məktəblilər arasında keçirilən olimpiada Azərbaycan dilinin Rusiyada inkişafına və məktəblilərin milli köklərinə bağlılığının möhkəmləndirilməsinə istiqamətlənib.

Mükafatlandırma mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev və Ümumrusiya Azərbaycan Konqresinin təhsil məsələləri üzrə şöbəsinin müdiri Aybəniz Rüstəmova iştirak ediblər.

Azərbaycan dili və mədəniyyəti üzrə məktəblilər arasında keçirilən olimpiadanın qalibləri Ziya Yusifzadə, Sərdar Musayev və Zəhra Salmanova olublar. Onlara Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbyacan Konqresi adından qiymətli hədiyyələr və diplomlar təqdim olunub.