Sabiq baş nazirə cinayət işi açdılar

20 Fevral 2015 14:30 (UTC+04:00)

Ukraynanın Baş Hərbi Prokurorluğu sabiq baş nazir Nikolay Azarova qarşı "Antonov" dövlət müəssisəsində yoxlamaların qanunsuz dayandırılması ittihamı ilə cinayət işi açıb, onun barəsində qiyabi həbs qəti imkan tədbiri seçilib.Movqe.az-ın məlumatına görə, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.


Hazırda N.Azarov Ukrayna hüdudlarından kənardadır. O, 2014-cü ildə Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırıldığı dövlət çevrilişindən sonra ölkəni tərk edib.


N.Azarov bildirib ki, yalnız indiki hakimiyyətin dəyişməsindən sonra ölkəyə qayıtmağa hazırdır.


Artıq 2015-ci ilin yanvarında Kiyev məhkəməsi N.Azarovun həbs edilməsi haqqında qətnamə çıxarıb.


Yeni hakimiyyət bir sıra sabiq məmurlar barəsində də cinayət işi açıb.