Sonuncu olimpiyaçı qrupumuz Londona getdi

5 Avqust 2012 12:44 (UTC+04:00)

Azərbaycan olimpiyaçılarının sonuncu qrupu Londona gedib. APA-nın məlumatına görə, Londona taekvondoçu və güləşçilər gedib.

Onların yola salma mərasimində nazirlik və federasiyaların əməkdaşları ilə yanaşı yaxın dostları və ailə üzvləri də yola salıblar.

Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov idmançılarımızın London olimpiadasında uğurla çıxış edəcəklərinə ümidini ifadə edib.