Manatın məzənnəsinin zəifləməsi cüzi olacaq

21 Fevral 2015 08:07 (UTC+04:00)

İqtisadi sferada ən çox diqqət jəlb edən proseslərdən biri də heç şübhəsiz ki, manatın məzənnəsi ilə bağlıdır. Son bir neçə gün ərzində dollar və avronun manat qarşısında zəif də olsa bahalaşması, sözügedən xarici valyutaların alış həcmini artırıb. Lakin ekspertlər vəsaitlərini avro və dollara dəyişənlərin tələskənliyə yol verdyiini düşünür.

Bu barədə danışmazdan öncə qeyd edək ki, manatın məzənnəsinin tədricən aşağı salınması plnlpşdırılır ki, bu da ölkənin ixrac qabiliyyətinin yüksəlməsində mühüm həmiyyətə malikdir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu xüsusda bildirir ki, ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir: "Çünki manatın zəifləməsi nəticəsində malları istehsal etmək sərfəli olacaq və dünya bazarında yerli məhsulların rəqabət qabiliyyəti güclənəcək". Deputat əlavə edib ki, manatın dollara nisbətdə məzənnəsinin yüksək olduğu dövrdə bir çox Azərbaycan məhsulu eyni keyfiyyətdə olan əcnəbi analoqları ilə müqayisədə daha baha qiymətə idi: "Buna görə də onların dünya bazarlarına çıxması çətinləşirdi, lakin manatın ucuzlaşması onları dünya bazarlarında əlçatan edir. Bununla belə, sahibkarlara xarici bazarlara çıxmaq üçün şərait yaratmaq lazımdır". Hazırda hökumət məhz bu istiqamətdə işləri sürətləndirib. Sahibkarların dünya bazarına çıxışını sürətləndirmək üçün zəruri addımlar atılmaqdadır. Xatırladaq ki, bununla bağlı ölkə Prezidenti tərəfindən müvafiq dövlət qurumlarına zəruri tapşırıqlar verilib.

Əli Məsimli də qeyd edir ki, ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir. Lakin burada diqqət yterilən əsas məqam odur ki, hökumət manatı tədricən ucuzlaşdırır və proses əhalinin durumna təsiri hiss olunmayacaq tərzdə reallaşdırılır. Həmçinin, manatın ucuzlaşdırılması zamanı məzənnə dəyişikliyi çox cüzi fərqlə ölçüldüyündən avro və dollar alışına əslində, zərurət də yoxdur. Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev də vurğulayır ki, Azərbaycan əhalisi dolların məzənnəsinin bahalaşması ilə əlaqədar təşvişə düşməməlidir. Deputatın fikrincə, Azərbaycanda bir sıra postsovet ölkələrinin üzləşdiyi milli valyutanın ciddi devalvasiyasını gözləməyə dəyməz: "Manat uzun müddət möhkəmlənib və faktiki olaraq postsovet məkanında devalvasiyaya məruz qalmayan azsaylı valyutalardan biri olub". R.Quliyev bildirib ki, Azərbaycan manatının sıçrayışla devalvasiyaya məruz qalması üçün heç bir şərait yoxdur: "Manatın məzənnəsinin zəifləməsi müəyyən müddət ərzində davam edəcək və cüzi olacaq". O əlavə edib ki, hökumətin manat kütləsini qarşılamaq üçün kifayət həcmdə qızıl ehtiyatları var: "İlin əvvəlindən Mərkəzi Bankın manatın məzənnəsinin qorunması üçün 1 milyarddan çox xərcləməsinə baxmayaraq, digər ölkələrdə olduğu kimi milli valyutanın məzənnəsinin zəifləməsini gözləməyə dəyməz. İndiki halda manatın sabitliyi ölkənin artan iqtisadiyyatı və qızıl ehtiyatları ilə möhkəmlənir".

Millət vəkili vurğulayıb: "Hazırda prioritet vəzifəmiz qeyri-neft sektoru və bu sektorun məhsullarının ixracıdır. Bu, istənilən halda manatın müəyyən zəifləməsinə gətirib çıxarmalı idi". Deməli, baş verən proseslər əhaliyə hansvısa formada ciddi təsir etməyəcək. Burada əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır. Neftin qiymətlərinin aşağı düşməsi fonunda bu, olduqca vacibdir. Laki nonu da qeyd edək ki, ölkə başçısının dediyi kimi, neftin ucuzlaşmasının təsirlərini əhali hiss etməyəcək. Bu məqama toxunan millət vəkili Əli Məsimli qeyd edir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda iqtisadi böhran yaratmayıb: "Düzldür, bu, neft hasil edən ölkələrin gəlirlərinin azalmasına, neft istehlak edən ölkələrdə isə iqtisadi fəallığın artmasına və iqtisadi artım templərinin müsbət dinamizminə, inkişaf dinamizmi meyllərinin artmasına təkan verib. Azərbaycan neft hasil edən ölkədir və 2015-ci ildə ümumdaxili məhsulun 65 faizi qeyri-neft sektorundan, 35 faizi neft sektorundan formalaşacaq. Əlbəttə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına təsir göstərəcək. Azərbaycanın bübcəsinin 65 faizi neftlə bağlı olsa da, onun 53 faizi Neft Fondundan götürüb sığortalanmış vəsaitdir. Yalnız 12 faizə təsir göstərəcək. O da 2.3 milyard manatdır".

Onun sözlərinə görə, belə halda dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsi Azərbaycanın büdcəsinə 26 milyon manat təsir göstərəcək: "Beləliklə, qiymət 10 dollar düşəndə 260 milyon, 20 dollar düəndə 520 milyon manat təsir göstərəcək. İnidiki durum altı ay davam etsə Azərbaycanın büdcəsinə haradasa 500 milyon manat təsir edəcək". Ə.Məsimli vurğulayıb ki, bu proses 2015-ci ilin sonunadək davam etsə, büdcəyə 1 milyard manatadək təsir göstərəcək: "21 milyard manatdan çox büdcəsi olan Azərbaycanda bu cür kəskin problem nəticəsində gəlirlərin 1 milyard manat azalması büdcənin dayanıqlılığını poza bilməz, ciddi problemlər yarada bilməz. Yenə də ölkədə maaşlar, pensiyalar və digər ödənişlər vaxtında ödənməkdə davam edəcək".