Alimlər QİÇS üzərində qələbə çalmağa yaxındır

21 Fevral 2015 13:27 (UTC+04:00)

Amerikanın The Wall Street Journal qəzeti yazır ki, bu kəşf alternativ vaksinə- pasientlər üçün yeni terapiyanın yaranmasına gətirib çıxara bilər.

Tədqiqatçılar otuz il ərzində QİÇS-ə səbəb olan immun çatışmazlığı virusuna qarşı effektiv vaksin hazırlamağa çalışırıblar, lakin daim şəklini dəyişən virusu ram etmək mümkün olmayıb.

Və budur, Scripps Tədqiqat İnstitutu və digər müəsisələrdən olan alimlər qrupu bəyan edib ki, insan hüceyrələrinin immun çatışmazlığı virusu ilə yoluxmasının qarşısını almaq üçün üsul tapılıb. Üsul gen terapiyasını xatırladır.

Bir qayda olaraq, insanın immunçatışmazlığı virusu (İİV) hüceyrəyə iki respetordan keçir.

Yeni zülal virusun hər iki hüceyrə reseptoru vasitəsilə əlaqəyə girir və onun girişini bağlayan nöqtəni təcrid edir. Alimlər bildirirlər ki, virus bir yox, hər iki reseptorla əlaqəyə girdiyi üçün eCD4-IG adlı zülal istənilən güclü təsiredici antiteldən daha çox İİV ştammlarını təcrid edir.

Bu metod hələlik dörd makaka meymununda sınaqdan keçirilib.

"Bu yeni tədqiqat bizim iki mühüm hədəfə doğru irəliləməyimizə ümid verir: İİV yoluxmasından uzunmüddətli müdafiə əldə edəcəyik və xroniki xəstə adamlarda QİÇS-i sabit zəifləmə vəziyyətinə gətirəcəyik"- Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauçi bildirib.

Elmi layihənin rəhbəri Maykl Farzan ümid etdiyini bildirib ki, insanlar üzərində kliniki sınaqlar heyvanlar üzərində çoxlu testləşdirmədən sonra bir il ərzində başlaya bilər. Onun sözlərinə görə, molekulun gücünü dəyərləndirməkdə ilk addım İİV-ə yoluxmuş adamlarda virusun səviyyəsini nəzarətdə saxlamaq olacaq.

Tədqiqat Nature jurnalında dərc edilib.