Edam ediləcək qadının son arzusu - FOTO

20 Fevral 2015 18:01 (UTC+04:00)

ABŞ-ın Corcia ştatında gələn həftə edam ediləcək qadının son arzusu hamını təəccübləndirib.

Qadının son arzusu fas fuddan ibarət yemək menyusu olub.

Movqe.az-ın məlumatına görə, menyuya iki böyük pendirli hamburger, kartof qızartması, salat, pomidor, yerkökü, qızardılmış soğan və yumurta, süd, limonad və vanilli dondurma daxildir.

46 yaşlı Kelli adlı qadın 1997-ci ildə öz ərini öldürüb. O, fevralın 25-də zəhərli iynə vurularaq edam ediləcək.Kelli son 70 ildə edam ediləcək ilk qadın məhkum olacaq.