Rusiya Əlcəzairi silahlandırır

20 Fevral 2015 19:00 (UTC+04:00)

Rusiya ilə Əlcəzair arasında 200-ə yaxın T-90 tankının satışı barədə müqavilə imzalanıb.

Movqe.az xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" qəzeti hərbi mənbələrdən məlumat əldə edib. Qəzet yazır ki, müqavilə ötən il imzalanıb və bu barədə ictimaiyyətə açıqlama verilməyib.

"Moscov Defens Brif" jurnalının redaktoru Mixail Barabanov isə müqavilənin ümumi dəyərinin 1 milyard dollar həcmində olduğunu bildirib.