Arıqlamağa yardım edən məhsullar
21 Fevral 2015 11:02 (UTC+04:00)
Dietoloqlar arıqlamaqda insana yardım edən qidaların
axtarışlarını davam etdirirlər. Bu səbəbdən də məhsulların siyahısı
mütəmadi olaraq yenilənir.
Movqe.az Milli.Az-a istinadən arıqlamağa yardımçı olan 5 qidanın
siyahısını təqdim edir:
Paxla dənələri
Bu qida insanı mütəmadi olaraq arıqladır və çəkini normada
saxlayır. Lobya dənələrini qovurun. Həvəngdəstə ilə əzin və alınmış
tozu su ilə qarışdırıb hər gün qəbul edin.
Pomidor
Bir sıra qida liflərini özündə birləşdən pomidor həzm prosesini
yaxşılaşdırır. Pomidor A, C və K vitaminləri ilə zəngindir.
Arıqlamaq üçün gün ərzində ən azı iki pomidor yeyin.
Nanə
Bu ətirli bitki həzmə yardım edən şirələrin yaranmasına yardımçı
olur. Hər gün nanəli çay için və müxtəlif qidalarınıza daxil
edin.
Kətan toxumu
Kətan toxumu mədədəki mikrofloranı aktivləşdirir və həzm prosesini
dəstəkləyir. Kətan toxumunu sevimli qidalarınıza daxil edin.
Kokos yağı
Gün ərzində 2 qaşıq kokos yağını rasionunuza daxil etsəniz, aclıq
hissi az-az gələr, iştahınız bir qədər kəsilər.