Erməni kəşfiyyat qrupunun basqın cəhdi: bir əsgərimiz şəhid oldu
21 Fevral 2015 13:06 (UTC+04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi
erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl
atıb.
Movqe.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin
bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin
sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması
əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər
verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi
qulluqçusu, əsgərCavadov Zəlimxan Eybalı oğluşəhid
olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat
törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd
göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın
hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra
tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli
olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və
əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!