Ermənistanın Azərbaycanla sərhəddə təxribat törətmək cəhdləri davam edir
21 Fevral 2015 13:09 (UTC+04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka
ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Movqe.az Trend-ə istinadən xəbər verir ki , Müdafiə Nazirliyinin
mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının
İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax
rayonunun Qızılhacılı kəndindəki mövqeələrimiz atəşə məruz qalıb.
Bundan başqa, Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba,
Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad, Cəvahirli,
Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz, Alxanlı, Aşağı
Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.