Gecə atışdırmalarına diqqət

21 Fevral 2015 14:08 (UTC+04:00)

Mütəxəssislər yatmazdan 3 saat əvvəl bir şeylər yeməyi və içməyi məsləhət görmürlər.Movqe.az xəbər verir ki ,  gecələri aclığınıza güc gələ bilmirsiniz və özünüzü soyuducunun qarşısına gəlimiş halda görürsünüzsə, mədənizə zərər verəcək bu 6 şeyi əsla yeməməlisiniz.

Gecələr yeyilməsi qadağan olanlar.


Quru meyvələr.

Əgər həzm problemi varsa, yeməklərin tərkibindəki yağlar istər doymuş, istər doymamış olsun, mədəyə hər şəkildə zərər verir. Fındıq, fıstıq və qoz kimi quru meyvələr, sağlam da olsanız, çox yağlı olduğu üçün gecə yatmazdan əvvəl uzaq qalmağınız lazım olan qidalardandı. Ağ fısdıq, qoz və yer fındığı tərkibində ən çox yağ olan quru meyvələrdən bəziləridir. Yaşıl fıstıq və badam digər quru meyvələrə nisbətən daha az yağ tərkiblidir.


Pendir.

Bir başqa yağ tərkibli qida da pendirdir. Pendir yemək istəyinizdən əl çəkə bilmirsizsə, parmesan kimi sərt quruluşlu pendirləri seçin. Sərt quruluşlu pendirlər, mozzarella, ya da ağ pendir kimi yumşaq olanlara nisbətən mədənizə daha az zərər verər.


Sitrus bitkiləri və yaşıl alma.

Portağal, qreypfrut kimi sitrus bitkisi meyvələri yüksək miqdarda turşuya malikdir. Bir stəkan portağal ya da yaşıl alma suyunu gecə içmək mədə yanma hissi meydana gətirə bilər. Ancaq yaşıl alma yerinə qırmızı almanı bütöv olaraq yesəniz, mədənizə zərər verməz.


Qazlı sular.

Qazlı sular, yüksək miqdarda turşu yaradar və mədəyə ən çox zərər verən içkilərdi. Turşu, mədə qapağına zərər verir və kola kimi qazlı içkilərdəki karbonatlaşma, mədə xəstəliklərinə səbəb olur.


Qəhvə.

Yüksək miqdarda kafeinə malik qəhvəni də gecə yatmazdan əvvəl əsla içməmək lazımdır. Kafein mədənin turşu səviyyəsini yüksəldər və sizi narahat edər. Əgər qəhvə içmə vərdişindən əl çəkə bilmirsinizsə, mədə turşusunu daha az yüksəldən kafeinsiz qəhvə istifadə edin.


Şokolad.

Şokoladı yeyərkən diqqətli olmaq lazımdır. Kafein və çox az tanınan teobromin (Kakaoda olan alkaloid) adlı maddədən istifadə edilən şokolad, mədənizdə yanma hissi meydana gətirə bilər.