Ukraynada yeni Maydan başlayır. Poroşenkonu satqın sayırlar

21 Fevral 2015 15:07 (UTC+04:00)
Artıq bir neçə gündür ki, Ukraynanın internet forumlarında prezidentPyotr Poroşenkohaqqında aktiv müzakirələr gedir. Ukraynalılar ölkə başçısını satqın adlandırırlar. Onun hakimiyyətdən kənarlaşdırılması üçün etirazların keçirilməsi təşəbbüsləri də var.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bütün bunlara səbəb isə Debaltseva şəhərinin təslim edilməsidir.

Forumlarada toplaşan Ukrayna vətəndaşları Debaltsevanın təhvilinə görə, prezidenti qınayırlar.