Partlayışda deputatlar da həlak olub

21 Fevral 2015 19:09 (UTC+04:00)

Radikal islamçıların Somali paytaxtında törətdiyi partlayışda azı 15 nəfər ölüb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, ölənlərarasında millət vəkilləri, mer müavini də olub. Verilən məlumata görə, Moqadişunun mərkəzindəki "Central Hotel"in yanında əvvəlcə avtomobil partladılıb, sonra isə kamikadze qadın özünü hotelin məscidində partladıb. Bundan sonra bir qrup yaraqlı hotelə hücum edib.

Hotel prezident sarayının bir neçə kilometrliyində yerləşir.

Somalidəki al-Shabab yaraqlıları İslam dövləti qurmağa çalışırlar.