Şaxtalar 23 can aldı
21 Fevral 2015 21:00 (UTC+04:00)
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, təkcə Tennessi
ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları
daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər
isə donaraq ölüb.
Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş
yanğında həyatla vidalaşıb.
Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti
ucbatından elektrik enerjisiz qalıb.
Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi
gözlənilir.
Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar
yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.
Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York
ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu
aeroportlarının işinə təsir edib.
Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb
regionunun əksər ştatlarında qeydə alınıb.