Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı

21 Fevral 2015 22:06 (UTC+04:00)
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral, 2015-ci il tarixli qərarı ilə 21 fevral, 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib.

Movqe.az xəbər verir ki , Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Manatın məzənnəsinin korreksiyası, həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.