Fevralın 22-nə olan hava proqnozu
22 Fevral 2015 10:05 (UTC+04:00)
Fevralın 22-dəBakıda və Abşeron
yarımadasındafasilələrlə yağıntılı olacağı, qar yağacağı,
axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, şimal-qərb küləyinin gecə və səhər arabir 28-33 m/s-dək
güclənəcəyi, axşam 10-15 m/s-dək mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda
gecə və gündüz 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə
sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındafasilələrlə
yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi
gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər
ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun
gecə 5-10° şaxta, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° isti
olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındaarabir qar yağacağı, axşama doğru tədricən
kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi
əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir
23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 7-12° şaxta, gündüz
2-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındaarabir yağıntılı olacağı, bəzi yerlərdə sulu
qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı
yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°
şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz
bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındaarabir yağıntılı olacağı, qar yağacağı, axşama
doğru tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər
ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun
gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 12-17° şaxta,
yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı
gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındaarabir yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru
tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20
m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı
gözlənilir. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındafasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə
qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi
əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək
güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək
isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı
gözlənilir. Yollar buz bağlayacaq.