Binəqədi rayonunda yollar qardan təmizləndi

22 Fevral 2015 13:00 (UTC+04:00)
Qarın yağması ilə əlaqədar paytaxtda bəzi yollar buz bağlasa da, Binəqədi rayonunda yolların təmizlənməsi istiqamətində işlər dayanmadan aparılıb. Movqe.az-ın xəbərinə görə, Binəqədi rayonunda qarlı havada görülən işlərlə bağlı sakinlərə Binəqədi rayonunun sosial şəbəkəsindəki hesabından məlumat verilib. Rayonda yolların buz bağlamasının qarşısını almaq üçün qarlı bazar günündə belə intensiv qar yağışına qarşı Binəqədi MKTB - nin Təmizlik sahəsinin əməkdaşları bütün xidməti sahələr üzrə profilaktik işlər görüblər. Təmizlik sahəsinin əməkdaşları Azadlıq prospekti boyunca , Davudoğlu, S.Məmmədova və Cavadxan küçələrində piyada səkilərini və eləcə də həyati vacib obyektlərin ətraflını qar topalarından təmizləyiblər.
Binəqədi rayon 80 saylı MKİS- nin xidməti ərazisində S.S.Axundov və A.Kunanbayev küçələri boyu əhalinin və nəqliyyatın daha sıx olduğu yerlərdə qabaqlayıcı profilaktik tədbirlər görülüb.İctimai obyektlərin və avtobus dayanacaqlarının ətrafları da qar topalarından təmizlənib.
İntensiv yağan qarın yaratdığı problemi aradan qaldırmaq üçün 79 saylı MIKS -in işçiləri piyada səkilərini və maşın yollarını qar topalarından təmizləmək üçün profilaktik tədbirlər görüblər.
Bu gün Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi və İcra nümayəndəliyinin əməkdaşları DSK 4 ünvanında məcburi köçkünlərin yaşadığı binada olmuşlar və onların qarlı havadakı şəraiti ilə maraqlanıblar.
Havanın qarlı və şaxtalı olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları qaçqın ailələrinin evlərinə baş çəkərək onlarla görüşərək, intensiv yağan qar zamanı qaz, işıq və su ilə bağlı hansı problemlərinin olması barədə maraqlanıblar.
Rayonun Xocəsən qəsəbə ərazisində yağan güclü qarın fəsadları aradan qaldırılmaqda davam edir.
Havanın qarlı və şaxtalı olması ilə bağlı nümayəndəliyin əməkdaşları eyni zamanda Həmzə Babaşov küçəsində yaşayan qaçqın ailələrinin evlərinə baş çəkərək onlarla görüşüblər. İntensiv yağan qar zamanı qaz, işıq və su ilə bağlı hansı problemlərinin olması barədə maraqlanıblar.
Rayonun Biləcəri qəsəbəsində bütün mərkəzi küçələrdə dünən axşamdan başlayaraq texnikalar vasitəsilə yağan güclü qarın fəsadları aradan qaldırılıb.