Yolların vəziyyəti açıqlandı

22 Fevral 2015 10:56 (UTC+04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar dünən axşam saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib. Movqe.az xəbər verir ki , bunu  Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyevdeyib.

P.Mürsəliyev qeyd edib ki, 24 saat növbətçilik sistemi ilə Bakının və ölkənin digər yolları qardan təmizlənir. Bu işlər gecə boyunca aparılıb və hazırda yollarda avtomobillərin hərəkəti üçün problem yoxdur.

Onun sözlərinə görə, əsasən enişli-yoxuşlu yollar qardan təmizlənir.

Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.