Kimin işığı yanmır?
22 Fevral 2015 15:08 (UTC+04:00)
"Hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi
ilə bağlı ciddi problem yoxdur. Problem yaranmış ərazilərdə isə
əməkdaşlarımız xətləri bərpa edirlər".
Movqe.az xəbər verir ki , bunu APA-ya açıqlamasında "Azərişıq"
ASC-nin mətbuat xidmətinin rəhbəriTanrıverdi
Mustafayevdeyib.
T. Mustafayev qeyd edib ki, güclü külək, çovğunla əlaqədar hava
veriliş xətlərində problemlər olub.
Mətbuat xidməti rəhbəri qeyd edib ki, artıq Bilgəh, Maştağa,
Zabrat, Nardaran kəndlərində enerji verilişi tam bərpa edilib:
"Sulutəpə, Xocahəsən, Binəqədi, Hovsan kəndlərinin də bəzilərində
enerji verilişi bərpa olunub, bəzi yerlərdə isə əməkdaşlarımız
xətləri bərpa etməklə məşğuldurlar".
Qeyd edək ki, dünən gecədən Bakıda hava şəraiti kəskin dəyişib.
Günün ikinci yarısı güclü küləklə müşayiət olunan qar yağışı
başlayıb.
Hava şəraitinin dəyişməsindən sonra Bakıda və ətraf kəndlərdə
enerji verilişində müəyyən fasilələr yaranıb.