"Modric "Barcelona" ilə oyuna kimi hazır olacaq"

22 Fevral 2015 17:16 (UTC+04:00)

"Real"ın baş məşqçisi Karlo Ançelotti zədəli olan Luka Modric haqqında məlumat verib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis futbolçunun "El Clasico"ya qədər hazır olacağına ümid etdiyini bildirib.

"Modric özünü yaxşı hiss edir. Amma onu meydana buraxmaqda tələsməyəcəyik. Luka hələ ümumi qrupla məşq etmir. Gələn həftədən ümumi məşqlərə qatılacaq. Ümid edirik ki, "Barcelona" ilə oyuna kimi Modric hazır olacaq".

Qeyd edək ki, "Barcelona" - "Real" qarşılaşması martın 22-də baş tutacaq.