Seneqal millisi italyan məşqçiyə tapşırıla bilər

22 Fevral 2015 18:08 (UTC+04:00)
İtaliyanın tanınmış futbol mütəxəsisi Covanni Trapattoni Seneqal millisini çalışdıra bilər. Qərbi Afrika təmsilçisinin əvvəlki çalışdırıcısı Alen Jiress istefa verəndən sonra b post boş qalıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 76 yaşlı Trapattoni İrlandiya millisində işini 2013-cü ilin payızında başa vurandan sonra təqaüdə getmək fikrində olmadığını bildirib. Afrika Millətlər Kubokunda qrup səddini aşa bilməyən Seneqal isə Jiressin gedişindən sonra italyan mütəxəsisi ən real namizəd görür.