Prezident İlham Əliyevlə Ərdoğan görüşəcək

22 Fevral 2015 21:00 (UTC+04:00)

Aprel ayında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi olacağı gözlənilir.Movqe.az publika.az-a istinadən xəbər verir ki , bunu açıqlamasında "SOCAR Turkey Enerji"nin prezidenti Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, TANAP layihəsinin təməlqoyma mərasimi Qars şəhərində qoyulacaq.

"Təməlqayma mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. Aprel ayında, inşallah, TANAP layihəsinin həyata keçirilməsi istiqamətində işlərə başlanılacaq", - deyə Kənan Yavuz ANS PRESS-ə aqçılamasında qeyd edib.

O, həmçinin bildirib ki, TANAP layihəsi üzrə işlərin 2018-ci ildə yekunlaşdırılması planlaşdırılır.