Şiələrin qiyamından sonra istefa verməyə məcbur olan Yəmənin sabiq prezidenti Əbd Rabbo Mənsur Hadi ölkədən getmək üçün imkan əldə edib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki , Husiadlı şiə
tayfasından olan qiyamçılar ABŞ, BMT, Rusiya və yerli partiyaların
təzyiqi ilə keçmiş prezidentin ölkədən çıxmasına razılıq veriblər.
Onun hazırda ölkənin cənubunda olduğu və oradan müalicə üçün xaricə
gedəcəyi bildirilir.
Qeyd edək ki, Yəmənin prezidenti və ölkə hökumətinin üzvləri
yanvarın sonlarında şiə qiyamçılarının əvvəlcə paytaxt Səna
şəhərini, daha sonra isə prezident sarayını ələ keçirməsindən sonra
vəzifələrini tərk etmək qərarına gəlmişdilər.