Xizəkçilər qarın altında qaldı

22 Fevral 2015 23:07 (UTC+04:00)

Bir qrup italiyalı xizəkçi Alp dağlarının İsveçrəyə məxsus hissəsində baş verən qar uçqununun altında qalıb. "Grand Saint-Bernard" zirvəsi yaxınlığında baş verən dəhşətli hadisə nəticəsində üç nəfər həlak olub.



Movqe.az publika.az-a istinadən xəbər verir ki , kəskin hava şəraiti, güclü külək və duman xilasedicilərin işini çətinləşdirib. Uçqun altından çıxarılan digər xizəkçilər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, ötən illə müqayisədə cari il qar uçqunu ilə bağlı bədbəxt hadisələr 35 faizədək artıb.