Neft bahalaşıb

23 Fevral 2015 10:05 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dolar bahalaşaraq 1 barelə görə 50,96 dollar təşkil edib.

Movqe.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,22 dollar bahalaşaraq 60,44 dollar olub.